14:23 - 22.05.2020
22 may, Fineko/abc.az. Azərbaycanda ən çox iş yerləri açılan rayon və şəhərlərin adları məlum olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin ilk 4 ayinda ölkədə cəmi 25 min 88 iş yeri açılıb.
Ən çox iş yerinin Bakı şəhərində açıldığı müşahidə olunub.
Belə ki, paytaxtda 4 ay ərzində 15 min 189 iş yeri açılıb. Bakıda açılan iş yerlərinin ən çoxu Yasamal rayonunda (3 467 iş yeri) qeydə alınıb.
Digər ikinci ən çox iş yeri yaradılmış bölgə Cəlilabad rayonudur. Adıçəkilən rayonda 2020-ci ilin yanvar-aprel aylarında 2 337 iş yeri yaradılıb. İş yerləri açılan rayonlar siyahısında üçüncü yerdə Qobustan gəlir. Burada isə 808 yeni iş yeri açılıb.
Müəllif: Elmir Murad
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026