15:48 - 12.01.2018
12 yanvar, Fineko/abc.az. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu vəzifəyə daha bir il müddətinə seçilib.
ATƏT Katibliyində bildirildiyi kimi, bu qərar, ATƏT-in Daimi Şurasının iclasında qəbul edilib.
Bu vəzifədə 1997-ci ildən etibarən çalışan Anjey Kaspşik, şəxsi nümayəndə kimi 21-ci dəfə seçilir.
Mandata əsasən, Anjey Kaspşik ATƏT-in sədrini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə təmsil edir, münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində onun səylərinə dəstək göstərir.
Anjey Kaspşik ATƏT-in münaqişə zonasında müntəzəm olaraq təşkil edilən monitorinq missiyalarında, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin bütün görüşlərində iştirak edir.
Həmçinin, Hünter Bahler, Cənubi Qafqazda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi vəzifəsinə daha bir il müddətinə yenidən seçilib
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026