14:18 - 12.05.2020
12 may, Fineko/abc.az. İlin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 12 milyon dollar əməliyyat xərcləri və təqribən 2 milyon dollar əsaslı xərclər sərf edilib.
ABC.AZ-ın məlumatına görə, bu barədə BP Azərbaycan şirkətinin hesabatında qeyd olunub.
Rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 33,6 milyon kubmetr olub.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında başlayıb.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026