Ünvanlı sosial yardım üçün sənədlər elektron informasiya sistemlərindən götürüləcək - Nazirlik rəsmisi

15:38 - 5.05.2020


5 may, Fineko/abc.az. Bildiyiniz kimi ünvanlı sosial yardımın daha əlçatan olması üçün layihənin sadələşdiriləcəyi açıqlanıb.

ABC.AZ xəbər verir ki, məsələ barədə İctimai TV-yə danışan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin şöbə müdiri Babək Hüseynov qeyd edib ki, müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək.

Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq. Qeyd edək ki, son iki ayda ünvanlı sosial yardım alan ailələrin sayı 12 min artaraq 82 mini ötüb.

Müəllif: Elmir Murad