17:20 - 1.05.2020
1 may, Fineko/abc.az. Gürcüstanda son bir ayda benzinin qiyməti 2,6% azalıb.
ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında bildirilib.
Hesabata əsasən, Gürcüstanda benzin ucuzlaşsa da bir sıra məhsullarda bahalaşma müşahidə olunub. Belə ki, son bir ayda ən sürətli qiymət artımı kartofda qeydə alınıb.
Bu ölkədə kartofun qiymətində 22,5% bahalaşma qeydə alınıb.
Hesabat ayında pendir, mal əti və almanın da qiyməti artıb. Siqaret isə təxminən 10% bahalaşıb.
Müəllif: Elmir Murad
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026