17:22 - 30.04.2020
30 aprel, Fineko/abc.az. OPEC+ çərçivəsində Azərbaycanda hasilatın müvəqqəti məhdudlaşdırılması ilə bağlı tədbirlərin icrası SOCAR-a tapşırılıb.
ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, OPEC+ razılaşmasının şərtlərinə əsasən, hasilatın müvəqqəti məhdudlaşdırılması 2020-ci ilin may və iyun ayları, 2020-ci ilin iyul-dekabr ayları arasında və 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında olmaqla, üç dövrü əhatə edir.
Məlumata görə, birinci dövrdə hasilatın yüksək nisbətdə azaldılması, sonrakı dövrlərdə isə tədricən bərpa edilməsi nəzərdə tutulur.
Beynəlxalq razılaşmaya əsasən 2020-ci ilin may və iyun aylarında Azərbaycan üzrə gündəlik hasilat 554 min bareldən, iyul-dekabr aylarında 587 min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 620 min bareldən yuxarı olmamalıdır.
Qeyd olunan göstəricilər yalnız xam neftin hasilatına aiddir. Məhdudiyyətlər qaz kondensatının hasilatına şamil edilmir.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026