12:18 - 11.01.2018
11 yanvar, Fineko/abc.az. Azərbaycan, üçüncü, “Azerspace-2” peykinin buraxılışını planlaşdırır.
“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev bildirib ki, peykin orbitə çıxarılması üzrə işlər qrafikə uyğun davam edir.
“Peykin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur”, - R.Nəbiyev belə deyib.
Onun sözlərinə görə, üçüncü peyk, “Azerspace-1”in hazırkı əhatə zonasını genişləndirməklə yanaşı, “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq, bu da müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026