Azərbaycandan OPEC+ ölkələrinə təklif - Öhdəliklər götürün

12:36 - 22.04.2020


22 aprel, Fineko/abc.az. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov digər neft istehsalçılarının öhdəliklər götürməsini təklif edib.

ABC.AZ xəbər verir ki, nazir bunu bir neçə OPEC+ ölkəsinin iştirakı ilə qeyri-rəsmi formatda keçirilən videokonfransda irəli sürüb.

P. Şahbazov müzakirələr zamanı OPEC+ formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib: OPEC+ tarixi missisiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə OPEC+ dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”.

Qeyd edək ki, konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib.

Müəllif: Elmir Murad