12:14 - 22.04.2020
22 aprel, Fineko/abc.az. Xüsusi karantin rejimi qaydalarını pozanların sayı açıqlanıb.
ABC.AZ Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 21-i saat 00:00-dan aprelin 22-si saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1822 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Müəllif: Elmir Murad