TAP kəmərinin tikintisində işlər hansı mərhələdədir? - Açıqlama

16:09 - 20.04.2020


20 aprel, Fineko/abc.az. Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 94,1 faizi tamamlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, hazırda boru kəməri tikinti mərhələsindədir.

Qeyd edək ki, boru kəmərinin inşası çərçivəsində Albaniyada tikinti işləri tamamlanır. TAP-ın inşası üzrə “Saipem” şirkətinin “Castoro 6” borudüzən gəmisi isə İtaliyanın San Foka bölgəsində işlərə başlayıb. Uzunluğu 152 metr və eni 70,5 metr olan bu gəmi TAP-ın Adriatik dənizindəki 105 kilometrlik hissəsində, yəni İtaliyadan Albaniyayadək hissədə boruları inşa edəcək. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi “Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir.

TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.

Müəllif: Elmir Murad