12:02 - 16.04.2020
16 aprel, Fineko/abc.az. Azərbaycanda koronovirusdan sağalmış insanlardan götürülən plazmalar xəstələrə köçürüləcək.
ABC.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O buna gələn həftədən başlanılacağını qeyd edib: “Sağalan insanın plazmasında “COVID-19”a qarşı anticisimlər olur. Həmin şəxslərin yan xəstəlikləri yoxdursa, onların plazmasını ağır xəstələrə, süni tənəffüs aparatına qoşulanlara köçürmək olar. Biz bu məsələni müzakirə edirik. Bu gün bura gəlmədən öncə Səhiyyə nazirinin müavini Viktor Qasımovla müzakirə apardıq. Qərar verildikdən sonra gələn həftə başlaya bilərik. Öncə sağalan xəstələrin dəvət olunması proseduru hazırlanacaq”.
Müəllif: Elmir Murad
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026