14:32 - 15.04.2020
15 aprel, Fineko/abc.az. Epidemiya əleyhinə rejimi pozan 4 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.
ABC.AZ xəbər Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.
DİN-dən bildirilib ki, sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 7 314 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 26 şəxs isə inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
Müəllif: Elmir Murad
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026