10:03 - 9.04.2020
9 aprel, Fineko/abc.az. Neft, cümə axşamı neft hasilatı ilə məşğul olan ölkələrin mövqelərinin yaxınlaşması və xammal istehsalını azaltmağa hazır olması barədə xəbərlər fonunda bahalaşmaqda davam edir.
İyun fyuçersi saat 9:00-da $0,21 (0,64%) artaraq bir barelə $33,05 təşkil etmişdir.
Aprelin 8-də ICE Futures birjasında keçirilən ticarətin nəticələrinə görə, Brent iyun fyuçersinin qiyməti $0,97 (3,04%) yüksələrək bir barelə $32,84 təşkil edib.
May ayı üzrə fyuçers qiyməti saat 9:00-da $0,77 (3,07%) artaraq bir barelə $25,86 təşkil etmişdir.
Aprelin 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin may fyuçersi $1,46 (6,18%) bahalaşaraq bir barelə $25,09 təşkil etmişdir.
8 Avqust 2026
8 Avqust 2026