15:28 - 8.01.2018
8 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəyəci barədə xəbərdarlıq edir.
Nazirlyin məlumatında deyilir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
“Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək”, - məlumatda belə deyilir.
Ölkənin regionlarında havanın temperaturu həmçinin 6 dərəcəyə qədər enəcək, dağlıq və dağətiyi ərazilərdə qar yağacaq, bəzi yerlərdə intensiv olacaq.
27 İyul 2026
27 İyul 2026