10:14 - 6.04.2020
6 aprel, Fineko/abc.az. Cümə günü yüksəlişdən sonra neft bazar ertəsi ticarətində ucuzlaşır.
Aprelin 3-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in iyun fyuçersi $4,17 (14%) artaraq bir barelə $ 34,11 təşkil etmişdir.
İyun fyuçersi saat 9:40-da $0,58 (1,7%) azalaraq bir barelə $33,53 təşkil etmişdir.
Aprelin 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin may fyuçersi $3,02 (12%) artaraq nir barelə $28,34 təşkil etmişdir.
May ayı üzrə fyuçers qiyməti saat 9:40-da $0,66 (2,33%) artaraq bir barelə $27,68 təşkil etmişdir.
8 Avqust 2026
8 Avqust 2026