15:19 - 10.03.2020
10 mart, Fineko/abc.az. Martın 9-da dünya birjalarında neftin qiymətində son 30 ildə ən kəskin ucuzlaşma qeydə alınıb.
Xəbər verilir ki, neftin qiyməti gün ərzində 31 faiz ucuzlaşmaqla 1991-ci ildəki Körfəz müharibəsindən bəri ən aşağı səviyyəyə enib. Belə ki, “Brent” markalı xam neftin qiyməti 31,02 dollar/barrelə düşüb.
ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” neftin bir barrelinin qiymətinin 20 dollara enəcəyi barədə xəbərdarlıq edib.
Bu gün isə neftin qiymətində təxminən 7 faiz bahalaşma olub. Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 35,60 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 32,63 dollara alıcı axtarır.
© Azertag.az
8 Avqust 2026
7 Avqust 2026