10:03 - 3.03.2020
3 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, bazar ertəsi ticarətində qeyd edilən artımdan sonra, çərşənbə axşamı ticarətində artmaqda davam edir.
Martın 2-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in may fyuçersi $2,23 (4,49%) artaraq bir barelə $51,90 təşkil etmişdir. May fyuçersi saat 9:20-də $1,04 (2%) bahalaşaraq bir barelə $52,94 təşkil etmişdir.
Martın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi $1,99 (4,45%) kəskin artaraq bir barelə $46,75 təşkil etmişdir.
Aprel ayı üzrə fyuçers qiyməti saat 9:20-də $1,06 (2,27%) artaraq bir barelə $47,81 təşkil etmişdir.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti $1,79 (3,44%) artaraq bir barelə $53,77 təşkil edib.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026