11:04 - 19.02.2020
19 fevral, Fineko/abc.az. 2022-ci ildən etibarən Azərbaycanda “Avro-5” markalı benzin istehsal olunacaq.
ABC.AZ xəbər verir ki, bunu prezident İlham Əliyev fevralın 18-də Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Prezident fikrini belə tamamlayıb: “Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq”.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026