16:58 - 6.02.2020
6 fevral, Fineko/abc.az. Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.
ABC.AZ xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib.
Belə ki, sözügedən quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra 2020-ci ilin sonlarında başlanması nəzərdə tutulur.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026