Şahdənizdə fəaliyyətlərə 1 milyard dollardan çox əsaslı xərc qoyulub - Bir il ərzində

16:20 - 6.02.2020


6 fevral, Fineko/abc.az. 2019-cu ildə Şahdəniz üzrə fəaliyyətlərə 544 milyon dollara yaxın əməliyyat və 1,1 milyard dollar əsaslı xərclər çəkilib. 

ABC.AZ xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib.

Hesabata əsasən əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat il ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib. 

2019-cu ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə 16,8 milyard standart kubmetr qaz və təqribən 3,5 milyon ton (28,6 milyon barel) kondensat hasil edilib. Ötən ilin iyul ayının sonunda Şahdəniz Bravo platformasından hasilat tədricən artıb. Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.