Ötən günkü çoxalmadan sonra neftin qiymətləri enir

10:21 - 18.12.2019


18 dekabr, Fineko/abc.az. Çərşənbə axşamı yüksəldikdən sonra, ABŞ neft ehtiyatlarının artırılması barədə Amerika Neft İnstitutunun məlumatlarına əsasən, çərşənbə günü neft qiymətləri azalır.

Amerika Neft İnstitutunun məlumatları göstərdi ki, ötən həftə ABŞ-da neft ehtiyatları 4,7 milyon barel, benzin ehtiyatları isə 5,6 milyon barel artıb.

Dekabrın 17-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,76 (1,16%) artaraq bir barelə $66,1 təşkil edib. Onun qiyməti saat 9:15-də

$0,33 (0,5%) azalaraq bir barelə $65,77 təşkil etmişdir.

NYMEX birjasında dekabrın 17-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,73 (1,21%) artaraq bir barelə $60,94 təşkil etmişdir. Onun qiyməti  saat 9:15-də $0,42 (0,69%) enərək bir barelə $60,52 təşkil etmişdir.