16:29 - 2.12.2019
2 dekabr, Fineko/abc.az. “Bank VTB Azərbaycan” ASC restaylinq (imic dəyişimi) həyata keçirir.
Bu barədə ABC.AZ-a bankdan bildirilib.
Bankdan verilən məlumata görə, artıq restaylinq çərçivəsində 4 ofisdə yeniliklər tətbiq olunub və bu istiqamətdə işlər davam etdirilir. “Prosesin davamı olaraq “Bank VTB Azərbaycan” ASC-nin baş ofisində də imic dəyişikliyi həyata keçiriləcək” deyə bankdan bildirilib.
Qeyd edək ki, sözügedən proseslə bağlı bank tərəfindən tender də elan olunub.
Müəllif: Elmir Murad
30 İyul 2026