17:30 - 12.11.2019
12 noyabr, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirib.
BFB-in məlumatında deyilir ki, 12 noyabr tarixində AZ0105021759 dövlət nömrəli, 10 milyon manat həcmində, 728 gün müddətinə qısamüddətli notlar təklif edilmişdir.
Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.2917 AZN (9.0100%) və 101.1032 AZN (6.9000%) olan 16 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.5680 (7.1900%), orta ölçülmüş qiyməti 100.7394 (7.0969%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35,619,100.00 AZN yerləşdirilmiş həcmi isə 10,000,000.00 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 09.11.2021-ci il.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026