11:03 - 14.12.2017
14 dekabr, Fineko/abc.az. Azəri-Çıraq-Günəşli blokundan gəlirli neftin satışı nəticəsində Dövlət Neft Fonduna (ARDNF) daxilolmaların həcmi 2017-ci ilin yanvar-noyabr aylarında 5 780 milyon dollar təşkil etmişdir.
Bu göstərici, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 26,3% çoxdur (4 577 mln. dollar).
Neft Fondunun məlumatında deyildiyi kimi, 2001-ci ildən 2017-ci ilin dekabr ayının 1-nə qədər dövr ərzində ARDNF AÇG yataqlar blokundan hasil edilmiş gəlirli neftin satışından cəmi 127889 mln. dollar əldə etmişdir.
27 İyul 2026
25 İyul 2026