Cari ildə ən çox məhsul ixrac edilən ölkələrin adları açıqlanıb

14:45 - 23.09.2019


23 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən,  Azərbaycanın yanvar-avqust aylarında MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələrin üçlüyündə Rusiya, Ukrayna və Qazaxıstan durur.

Qeyd olunur ki, Rusiyaya ixrac olunan məhsulların dəyəri 457 milyon 742 min  dollar, Ukraynaya 276 milyon 383 min dollar, Qazaxıstana isə 17 min 399 dollar olub.