14:42 - 23.09.2019
23 sentyabr, Fineko/abc.az. “Azəralüminium” MMC Azərbaycanda alüminium sənayesinin idxaldan asılılığını aradan qaldırmaq üçün ölkəyə idxal olunan alüminium külçə qəliblərinin istehsalına başlayıb.
Müəssisədən verilən xəbərə görə, bu məhsulun metalloqrafik strukturu və mexaniki xassələri müasir standartların tələblərinə cavab verir. İstehsal olunan qəliblər artıq konveyerlərə quraşdırılıb və istismara hazırdır. “Azəralüminium” MMC mövcud potensialdan istifadə edərək xaricdən alınan texniki avadanlıq hissələrinin ölkə daxilində istehsalının təşkili istiqamətində işləri davam etdirəcək.
13 Avqust 2026
13 Avqust 2026