10:30 - 11.12.2017
11 dekabr, Fineko/abc.az. Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 16 faizdən çox azalıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata əsasən, məcmu öhdəliklər 23216,6 milyon manat təşkil edib.
Azərbaycanın bank sektorunun aktivləri noyabrın 1-də 26311,6 milyon manat təşkil etmişdir ki, bu da ilin əvvəli ilə müqayisədə 16,3% azdır.
Müştərilərə verilmiş kreditlər 10056,5 milyon manat və ya bank aktivlərinin ümumi həcminin 38,2%-ni təşkil etmişdir. Cari ilin 10 ayı ərzində bankların kredit portfeli 29,4% azalıb.
Hesabat dövründə bankların ümumi öhdəlikləri 21,4% azalaraq 23216,6 milyon manat təşkil etmiş, depozit portfeli 4,7% azalaraq 15640,4 milyon manat təşkil etmişdir. Onların 7250,2 milyon manatı fiziki şəxslərin, 8390,2 milyon manatı isə hüquqi şəxslərin depozitlərinə düşür. Cari ilin yanvar-oktyabr ayları ərzində əhalinin sərmayələri 2,45%, şirkətlərin vəsaitləri isə 6,55% azalmışdır.
İlin əvvəlindən etibarən bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 66,6% azalaraq 566,6 milyon manat təşkil etmişdir.
Həmin dövr ərzində kredit təşkilatlarının ümumi kapitalı 62,1% artaraq 3 095 milyon manata çatmışdır.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026