11:14 - 15.08.2019
15 avqust, Fineko/abc.az. Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu noyabrın 6-8-də Oklahoma şəhərində keçiriləcək.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, forum hər iki tərəfin iqtisadiyyat sektorunda tərəfdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssis/nümayəndələr, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirəcək.
Oklahoma-Azərbaycan Forumu heyvandarlıq/maldarlığa xüsusi diqqət yetirərək, təsərrüfatın idarə olunması, nizamlanması və geniş çeşidli taxıl və məhsulların təbliğini əhatə edəcək.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026