17:21 - 8.08.2019
8 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin iyulun 1-nə olan məlumatına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % artaraq 1 milyon 613,7 min nəfər olub.
Bildirilir ki, onlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
30 İyul 2026