11:29 - 4.10.2017
Azərbaycanın ən iri kommersiya bankı olan PAŞA Bank fəaliyyətinin ilin birinci yarısına olan yekunlarını açıqladı
Mətbuat konfransında bankın İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva bildirdi ki, bankın altı ay üzrə yekunlarına əsasən, aktivlər illik 10% artımla, 3,614 milyard manat təşkil edib.
“Hesabat dövründə bankın kredit portfeli 1,259 mlrd. manat (artım 8%), müddətli depozit portfeli - 1,234 mlrd. manat (il ərzində 9%-ə qədər azalıb), müddətsiz depozit portfeli 1,468 mlrd. manat (47% artım) təşkil etmişdir. Bankın ümumi kapitalı ilin birinci yarısında 476,854 milyon manat təşkil edib ki, bu da səhmdarlara 58,636 milyon manat həcmində dividendlərin ödənilməsi nəticəsində, xalis gəlirdən 2%-ə qədər azalmışdır”, - deyərək X. Nağıyeva bildirib.
Onun sözlərinə görə, ilin birinci yarısının yekunları üzrə bankın faiz gəlirləri 132,453 milyon manat, qeyri-faiz gəlirləri isə 33,805 milyon manat təşkil edib.
29 İyul 2026
27 İyul 2026