15:25 - 15.07.2019
15 iyul, Fineko/abc.az. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2019-cu ildə malların və xidmətlərin göstərilməsinin satın alınması məqsədilə açıq tender elan edir.
Tender 5 lot üzrə keçirilir.
Lot-1. Dövri mətbuata abunə yazılışının satın alınması.
Lot-2. Yanğınsöndürən balonların doldurulmasının satın alınması.
Lot-3. Avtomatik yanğınsöndürmə sisteminin quraşdırılmasının satın alınması.
Lot-4. Tibbi avadanlıqlara texniki qulluqların göstərilməsinin satın alınması.
Lot-5. Tibbi avadanlıqların satın alınması.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 26 iyul 2019-cu il saat 12.00-a qədər, tender təklifi ilə bank təminatını isə 8 avqust 2019-cu il saat 12.00 -a qədər https://www.etender.gov.az/ portal vasitəsilə təqdim etməlidirlər.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026