11:31 - 13.06.2019
13 iyun, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azİntelecom” MMC açıq tender elan edir.
Tender 1 lot üzrə keçirilir: Şəbəkə infrastruktur avadanlıqları üçün texniki xidmətlərin satın alınması.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 19 iyul 2019-cu il saat 17.00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 iyul 2019-cu il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər.
Əlaqələndirici şəxslər - Kamil Bektaşi və Vüqar Yəhyazadə. Tel.: (994 12) 200 00 74/72
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026