17:43 - 12.06.2019
12 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin Tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi açıq tender elan edir.
Tenderin predmeti Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “E-çıxarış”larının elektron imzalanması üçün avadanlıqların alınması, çatdırılması, quraşdırılması və istifadəyə verilməsidir.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 3 iyul 2019-cu il saat 11.00-dək, tender təklifi və təklifin bank təminatını isə 12 iyul 2019-cu il saat 11.00-dək Bakı şəhəri, Heydər Əliyev prospekti 139A , 404 nömrəli otağa təqdim etməlidirlər.
Əlaqələndirici şəxs – Natiq Yaqubov
Tel.: (+99412) 5654195 (daxili- 2021)
e-mail: [email protected]
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026