14:12 - 7.06.2019
7 iyun, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC Həkim -Sanitar Xidmətinin Bakı Dəmiryol Xəstəxanası 2019-cu ildə tibbi avadanlıqların satın alınması məqsədilə açıq tender elan edir. Tender 1 lot üzrə keçirilir.
Elanda qeyd edilir ki, iştirakçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.
İddiaçılar tenderdə iştirak sənədləri 12 iyul 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 22 iyul 2019-cu il saat 16.00-a qədər Bakı, Puşkin küçəsi 26 nömrəli ünvanda “Azərbaycan Dəmir Yolları” QSC Həkim - Sanitar Xidmətinin Bakı Dəmiryol Xəstəxanasına təqdim etməlidirlər.
25 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026