12:10 - 7.06.2019
7 iyun, Fineko/abc.az. “Azərsu” ASC daxili vəsaiti hesabına akkumulyator batareyalarının, süzgəclərin, əyləc qəliblərinin, yağların və şinlərin satın alınması məqsədilə açıq tender elan edir.
Tender 5 lot üzrə keçirilir.
Lot- 1. Akkumulyator batareyalarının satın alınması.
Lot -2. Süzgəclərin satın alınması.
Lot -3. Əyləc qəliblərinin satın alınması.
Lot -4. Yağların satın alınması.
Lot -5. Şinlərin satın alınması.
Elanda qeyd edilir ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 16 iyul 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 24 iyul 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə təqdim etməlidirlər.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026