10:36 - 7.06.2019
7 iyun, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyəti şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq, məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün açıq tender elan edir. Tender 1 lot üzrə keçirilir.
Elanda qeyd edilir ki,iddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 iyul 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.
Tender təklifi və bank zəmanəti 19 iyul 2019-cu il saat 17.00 -dək təqdim olunmalıdır.
Tender üzrə əlaqələndirici şəxs- Əhməd Məmmədov, telefon: (994 12) 496 52 04.