Ölkəyə 39 mln. dollarlıq gübrə idxal olunub

12:00 - 24.05.2019


24 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana 112 min 775 ton gübrə idxal edilib.

Qeyd edilir ki, dörd ayda idxal edilən gübrənin dəyəri isə 39 milyon 399 min dollar olub.