17:25 - 27.11.2017
27 noyabr, Fineko/abc.az. Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yeni tullantı sutəmizləyici qurğusunun tikintisi intensiv qaydada davam etdirilir.
“Azərsu” su operatorunun məlumatında deyildiyi kimi, tikinti, Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində həyata keçirilir.
Qeyd edilir ki, “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın İxrac-İdxal Bankı 43,5 milyon dollar kredit ayırıb. Ümumi dəyəri 64,2 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirir.
27 İyul 2026