11:41 - 7.02.2019
7 fevral, Fineko/abc.az. Azərbaycanın energetika naziri Pərviz Şahbazov neftin ölkə iqtisadiyyatı üçün məqbul qiymətini 60-70 dollar səviyyəsində olduğunu bildirib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Bloomberg”ə verdiyi müsahibədə bildirib ki, bu neft qiymətləri həm istehsalçılar, həm də istehlakçılar üçün əlverişlidir və ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək.
Nazir həmçinin bildirib ki, OPEC ölkələri və onların müttəfiqləri, ehtimal ki, qiymətləri saxlamaq üçün bu ilin sonunda neft hasilatını azaltmaq üçün razılaşmanı uzadacaqlar. Pərviz Şahbazovun sözlərinə görə, apreldə keçiriləcək nazirlər sammitində razılaşma növbəti baxışa qədər uzadılacaq.
3 Avqust 2026
1 Avqust 2026