10:28 - 1.02.2019
1 fevral, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,14 dollar (0,22%) enib.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,69 dollar təşkil edir.
31 yanvar tarixində Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətdə, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 0,44 dollar (0,81%) enərək bir barelə 53,79 dollar təşkil etmişdir.
Səhər saat 9-da “WTI”-də mart ayında nəzərdə tutulmuş tədarüklə bağlı müqavilə 0,03 dollar (0,06%), yəni bir barelə 53,82 dollara qədər yüksəlmişdir.
Cümə axşamı günü Londonun “ICE Futures” birjasında, son sessiyada 0,24 dollar (0,39%), yəni bir barelə 61,89 dollara qədər bahalaşan “Brent” markalı neftin mart ayının fyuçers qiyməti üzrə ticarət başa çatdı.
“Brent”in aprel ayının fyuçers qiyməti saat 9:00-da 0,08 dollar (0,13%) yüksələrək bir barelə 60,92 dollar təşkil etmişdir.
3 Avqust 2026
1 Avqust 2026