16:40 - 16.01.2019
16 yanvar, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava haqqında məlumat verib. Bildirilib ki, yanvarın 17-də havanın kəskin dəyişəcəyi gözlənilir.
“Güclü şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Temperaturun anomal gedişi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə və səhər 4 dərəcəyə yaxın isti, axşama doğru isə 2 dərəcəyədək isti, Bakıda gecə 4-6, gündüz 2-4 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq”,- nazirlikdən bildirilib.
Həmçinin Bakıda və Abşeron yarımadasında gözlənilən son dərəcə təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar xəbərdarlıq edilib.
“Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 28-33 m/s, yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə üqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yağıntının sulu qara keçəcəyi ehtimalı var”, - məlumatda belə deyilir.
İqlim şəraitində kəskin dəyişiklik əhalinin əksəriyyəti üçün əlverişsiz olacaqdır.
Yanvarın 17-dən 18-i gündüzədək havanın kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şimal-qərb küləyi bəzi rayonlarda arabir 23-28 m/s-dək güclənəcəyi, Kür Vadisi rayonlarında arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcək, havanın minimal temperaturu dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.
27 İyul 2026
25 İyul 2026