10:19 - 24.11.2026
24 noyabr, Fineko/abc.az. Cari ilin ilk 10 ayında "myGov" platformasının unikal istifadəçi sayı 2,2 dəfə artaraq 5 milyonu keçib. İstifadəçilərin 60 %-i aylıq aktivdir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov X Beynəlxalq Bank Forumunda bildirib ki, hesabat dövründə platforma üzərindən xidmətlərdən istifadə 4,5 dəfə, məlumatlardan istifadə isə 2,2 dəfə yüksəlib.
Onun sözlərinə görə, əsas hədəf hüquqi şəxslərə də dövlət xidmətlərini vahid pəncərə prinsipi ilə təqdim etməkdir və yaxın vaxtlarda "myGov business" platformasının pilot versiyası istifadəyə veriləcək.
Sədr əlavə edib ki, rəqəmsal transformasiya və süni intellekt dövlət siyasətinin əsas istiqamətlərindəndir. 2025-ci ildən etibarən rəqəmsal inkişaf konsepsiyası, süni intellekt strategiyası və 2026–2028-ci illəri əhatə edən fəaliyyət planının təsdiqlənməsi rəqəmsallaşmanın iqtisadiyyatın əsas drayverinə çevrildiyini göstərir.
Bu sahədə koordinasiyalı işlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən icra olunur, siyasi qərarlar isə Birinci vitse-prezidentin rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası çərçivəsində qəbul edilir.
Müəllif: Elmir Muradov
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026