17:11 - 20.11.2026
20 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri üzrə ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 153 milyon manat və ya 9,7% artaraq 1 milyard 734 milyon manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, sosial sığorta hesabına verilən müavinətlər də daxil olmaqla ümumi ödənişlərin məbləği 1 milyard 883 milyon manat təşkil edib.
Hesabat dövründə sosial müavinətlər üzrə ödənişlər 2025-ci ilin ilk 10 ayındakı 964 milyon manatdan bu il 1 milyard 57 milyon manata yüksəlib ki, bu da 93 milyon manat və ya 9,6% artım deməkdir.
Eyni zamanda müavinət alanların sayı 13 min nəfər (2,5%) artaraq 513 min nəfərdən 526 min nəfərə çatıb.
Prezidentin aylıq təqaüdləri üzrə ödənişlər isə 60 milyon manat və ya 9,7% artımla 617 milyon manatdan 677 milyon manata yüksəlib, təqaüd alanların sayı isə 5 min nəfər (1,2%) çoxalaraq 403 min nəfərdən 408 min nəfərə çatıb. Hər iki istiqamət üzrə ödənişlərin həcmi alanların sayından daha sürətlə artıb.
23 Noyabr 2026
23 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026