Azərbaycanda Vyetnam səfirliyi açılacaq

14:55 - 20.11.2026


20 noyabr, Fineko/abc.az. Yaxın vaxtlarda Azərbaycanda Vyetnamın səfirliyi fəaliyyətə başlayacaq.

Bunu Vyetnam Sosialist Respublikasının Baş naziri Le Min Xınq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bəyan edib.

Öz növbəsində Prezident İlham Əliyev Hanoyun bu addımını yüksək qiymətləndirib və diplomatik nümayəndəliyin açılmasının iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.