15:36 - 12.11.2026
12 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir və səfər çərçivəsində noyabrın 12-də Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Ukrayna Prezidenti dövlətimizin başçısını Zəfər Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib, eyni zamanda görüşdə Volodimir Zelenskinin Azərbaycana səfəri və səfər zamanı aparılmış müzakirələr məmnunluqla xatırlanıb.
Tərəflər ölkələrimiz arasında iqtisadi-ticari, eləcə də özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri barədə fikir mübadiləsi aparıblar. Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı məsələsində dəstəyə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi, ölkəmizin bu sahədəki təcrübəsinin Ukrayna üçün də əhəmiyyətli olacağı vurğulanıb və prezidentlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026