Alen Simonyan gələn ay Azərbaycana gələcək

10:43 - 19.11.2026


19 noyabr, Fineko/abc.az. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barərə məlumatı” “Sputnik Ermənistan” yayıb. Qeyd edilib ki, bu barədə Simonyan jurnalistlərə açıqlamasında danışıb.

“Gələn ay Azərbaycana səfərim olacaq, lakin Bakıya deyil”, - deyə o bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində texniki məsələlər və iki ölkə arasında əməkdaşlıq perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, iyunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Dilican şəhərində həmin ölkənin Təhlükəsizlik Şurasının həmin dövrdəki katibi Armen Qriqoryanla işgüzar görüş keçirib.