Neft bahalaşır: Brent bir barel üçün 92,51 dollar təşkil edir

09:22 - 20.11.2026


20 noyabr, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markalı neftin qiyməti artır.

Saat 09:18-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçersləri 0,53 dollar (0,58%) bahalaşaraq bir barel üçün 92,51 dollara çatıb. Əvvəlki ticarət sessiyasının yekunlarına görə, onların dəyəri 0,03 dollar (0,03%) artaraq bir barel üçün 91,98 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin dekabr fyuçersləri saat 09:18-ə qədər 0,51 dollar (0,61%) bahalaşaraq bir barel üçün 83,72 dollar olub. Bununla yanaşı, 19 noyabr ticarətinin yekunlarına görə, onların dəyəri 0,05 dollar (0,06%) azalaraq bir barel üçün 83,21 dollar təşkil edib.