Neft müxtəlif istiqamətlərdə dəyişir: Brent 92,08 dollar / barel təşkil edir

09:25 - 19.11.2026


19 noyabr, Fineko/abc.az. Cümə axşamı keçirilən hərraclarda etalon markalı neftin qiymətləri müxtəlif istiqamətli dinamika nümayiş etdirir.

Saat 09:20-yə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçersləri 0,13 dollar (0,14%) bahalaşaraq bir barel üçün 92,08 dollar təşkil edib. 18 noyabr hərraclarının yekunlarına əsasən, bu müqavilələrin dəyəri 1,19 dollar (1,28%) azalaraq bir barel üçün 91,95 dollara enmişdi.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin dekabr fyuçersləri saat 09:20-yə olan məlumata görə 0,11 dollar (0,13%) ucuzlaşaraq bir barel üçün 83,11 dollar təşkil edib. Əvvəlki ticarət sessiyasının yekunlarına görə, onların dəyəri 2,75 dollar (3,20%) azalaraq bir barel üçün 83,26 dollar səviyyəsində qərarlaşmışdı.