11:28 - 19.11.2026
19 Noyabr, Fineko/abcnews. Beynəlxalq Enerji Agentliyinin (BEA) dərc etdiyi illik "Dünya Enerji Görünümü" (WEO) hesabatına əsasən, Yaxın Şərqdəki müharibə nəticəsində Hörmüz boğazında təchizatın kəskin şəkildə pozulması qlobal enerji bazarlarında "misli görünməmiş şok" yaradaraq sektorun strukturunu köklü şəkildə dəyişir.
Agentliyin proqnozlarına görə, boğazda dəniz daşımalarına qarşı risklərin uzun müddət davam edəcəyi "uç ssenaridə" yeni boru kəmərlərinə və alternativ marşrutlara yatırımlar sayəsində Hörmüz boğazından keçən neft axınına olan tələbat böhrandan əvvəlki gündəlik 20 milyon barel səviyyəsindən 2030-cu ildə 8,5 milyon barelə, 2035-ci ildə isə 2 milyon bareldən aşağı enə bilər. Buna baxmayaraq, Yaxın Şərq yenə də dünyanın əsas neft ixracatçısı statusunu qoruyacaq.
Hesabatda vurğulanır ki, enerji təhlükəsizliyi narahatlıqları ölkələri yerli resurslara (o cümlədən Asiyada kömürə), günəş və nüvə enerjisinə üstünlük verməyə, həmçinin elektrifikasiyanı sürətləndirməyə sövq edir. 2035-ci ilə qədər elektrikin son enerji istehlakındakı payının 30%-ə yaxınlaşacağı gözlənilir.
BEA rəhbəri Fatih Birol isə enerji dünyasının artıq böhrandan əvvəlki vəziyyətə qayıtmayacağını bəyan edib.
23 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
20 Noyabr 2026
23 Noyabr 2026