Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb

10:29 - 19.11.2026


19 Noyabr, Fineko/abcnews. Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,17 ABŞ dolları və ya 1,18% azalaraq 97,62 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, bir gün əvvəl — noyabrın 18-də keçirilən hərracların yekununa əsasən, "Azeri Light" markalı neftin qiyməti 0,03 ABŞ dolları (0,03%) artaraq 98,79 ABŞ dolları səviyyəsində qərarlaşmışdı.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Tarixi göstəricilərə gəlincə, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.